“Bizim iki müharibəmiz var” - Zelenski

bizim-iki-muharibemiz-var
Oxunma sayı: 2315

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ senatoru Robert Portmanla görüşüb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, prezident Ali Radanı buraxmasının səbəbini belə izah edib: “Əgər parlament işləmirsə, fəaliyyəti dayanıbsa, gözləyə bilməzdik”. Zelenski ölkəsinin iki müharibə apardığını deyib: “Bizim iki müharibəmiz var – Rusiya ilə olan və ölkə iqtisadiyyatına təhlükə yaradan korrupsiya ilə müharibəmiz”.

Zelenski, həmçinin, Ukraynanın Qərb tərəfdaşlarını Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirməyə çağırıb.