“Bizim kimi bir-birinə yaxın olan bacılar tanımıram” – - Leyla Əliyeva

bizim-kimi-bir-birine-yaxin-olan-bacilar-tanimiram-
Oxunma sayı: 9402


Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın bacısı Arzu Əliyeva haqqında söylədiyi fikirlər sosial şəbəkələrdə böyük maraq doğurub.

"Qafqazinfo" Axşam.az-a istinadən xəbər verir ki, Arzu Əliyevaya olan sevgisini ifadə edən L.Əliyeva onu “sehirli çubuq” adlandırıb:

“Mən bacıma və qardaşıma çox bağlıyam. Əminliklə deyə bilərəm ki, Arzu mənim hər şeyimdir. Bizim qədər bir-birinə yaxın olan bacılar tanımıram. Arzu həmişə köməyə çatmağa, özünü və vaxtını yaxınlarına fəda etməyə hazırdır. Ailə içində biz onu “sehirli çubuq” adlandırırıq. Arzu həm də mənim “sehirli çubuğum”dur”.