“Bizim Market” daha bir mağazasını açdı - Fotolar

bizim-market-daha-bir-magazasini-acdi
Oxunma sayı: 7719

Ölkəmizin ilk supermarket şəbəkələrindən olan “Bizim Market” yeni mağazasını müştərilərin ixtiyarına verib.

“Qafqazinfo”nun məlumatına görə, hər zaman sərfəli qiymətləri ilə seçilən “Bizim Market”in Nizami rayonu, Rüstəm Rüstəmov 23 ünvanında, “Komfort” şadlıq sarayı ilə üzbəüz yerləşən filialında açılış münasibətilə 2 gün müddətində, yəni 18-19 dekabr tarixlərində yüzlərlə məhsula 65%-dək endirim kampaniyası keçirilir.

Kampaniyada qida məhsulları ilə yanaşı qeyri-qida və ev əşyaları da yer alır.

1500 kv metrdən ibarət olan mağazada qida məhsulları, ev əşyaları, təmizlik vasitələri, suvenir - dekor və digər məhsullar satılır.

22 ildir müştərilərin xidmətində olan “Bizim Market” bununla da il ərzində 3 yeni mağazasının açılışını edib.

Ətraflı: *2323