“Bizim Market” qida və qeyri-qida şöbələri ilə vətəndaşların xidmətindədir - Video

bizim-market-qida-ve-qeyri-qida-sobeleri-ile-vetendaslarin-xidmetindedir
Oxunma sayı: 2643

Məlum olduğu kimi, “Covid 19” virusu ilə əlaqədar Azərbaycanda bir sıra iri ticarət mərkəzləri, AVM-lər fəaliyyətini dayandırıb. Belə olan halda insanlar bəzi zəruri təlabat məhsullarını, ev, bağ və məişət əşyalarını hər zaman aldıqları ticarət mərkəzlərindən əldə edə bilmirlər.

"Qafqazinfo" xəbər verir ki, "Bizim Market"in qida şöbəsi ilə yanaşı qeyri-qida şöbəsi də (Novas Home) vətəndaşların xidmətindədir.  “Novas Home" şöbəsinin digər üstünlüyü isə qiymətlərinin olduqca sərfəli olmasıdır.

Qeyd edək ki, "Bizim Market"in qeyri-qida şöbəsində (Novas Home) 22 000 çeşiddə müxtəlif növ ev əşyaları, məişət texnikası, qab - qacaq, tekstil, suvenir və dekor, təmizlik vasitələri, bağ bağça, mebellər, mətbəx əşyaları və digər məhsullar satılır ki, bu da ölkədə ən böyük qeyri qida satış nöqtəsidir.

"Bizim Market" mağazaları Bakıda 14 yerdə olmaqla, səhər saat 8:30-dan, axşam 22:30-a qədər müştərilərə xidmət göstərir.

Eyni zamanda şirkət ölkədə elan olunan xüsusi rejimli karantinlə bağlı mağazanın 1.5 km məsafəsində bütün vətəndaşlar üçün tam pulsuz çatdırılma xidməti həyata keçirir.