“Bizim Market”in işlədilməsi başqa şirkətə verildi

bizim-marketin-isledilmesi-basqa-sirkete-verildi
Oxunma sayı: 4465

Ölkənin ilk supermarket şəbəkələrindən olan Bizim Market MMC-nin tərkibində yerləşən “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin işlədilməsi başqa şirkətə həvalə edilib. 

“Qafqazinfo”nun məlumatına görə, şirkət Grandmart, Bolmart və Megastore supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarı alıb.

Yeni iş ortaqlığı ilə yerli bazarda pərakəndə satış üzrə önəmli yeniliklərə imza atılacağına, “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin daha da inkişaf edəcəyinə inanıldığı qeyd olunub.