“Bizim şəhər piyadalar üçün deyil” - Tural Yusifov + Video

“Bizim şəhər piyadalar üçün deyil”
Oxunma sayı: 2083

“Mən ailəmi ictimai nəqliyyata etibar etmirəm. Yaşadığım qəsəbədə üç marşrut var - biri “BakuBus”, digər ikisi daşıyıcılardır. Onlara heç vaxt ailəmi etibar edə bilmərəm.  Məcbur oluram ki, ya özüm aparım, ya da kənardan avtomobil gətizdirim ki, sürücü ailəmi aparsın”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri tanınmış radio aparıcısı Tural Yusifov İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib.

"İnsanlar niyə avtomobil alır? Biz avtomobilləşmiş ölkələr siyahısında deyilik. Bizdə hər min ailəyə düşən avtomobil sayı çox cüzidir, azdır. Ərazi ölçüsünə görə bir az bizdən böyük olan Xorvatiyada ailələrin başına düşən avtomobil daha çoxdur. Problem ondadır ki, biz ictimai nəqliyyata etibar etmirik, çünki sabah sən ictimai nəqliyyatda bir qəza, təbiyəsizlik, sistemsizlik görürsən və sən deyirsən ki, ondansa öz avtomobilimdə gedərəm", - deyə aparıcı seçimini izah edib. 

T. Yusifov Bakı şəhərində tıxacların aradan qaldırılması üçün ilk növbədə ictimai nəqliyyatın hərəkətinin normallaşdırmağının vacibliyini vurğulayıb:

“Bakı şəhərində tramvay yoxdur, ləğv olunub. Dünyanın ən böyük şəhərlərində, hətta çox sıx hərəkət olan Amsterdamda tramvay var.  Bizim metro bir-birindən çox aralı stansiyalardan ibarətdir. Böyük Britaniyaya, Parisə, hara istəyirsinizsə gedək, orada stansiyalar bir-birinə çox yaxındır. Siz əgər metronun “İnşaatçılar” stansiyasından çıxıb İctimai Televiziyaya gəlmək üçün ya gərək avtobusa minəsiniz, ya da Yasamal rayonunun ərazisində bərbad vəziyyətdə olan və ya olmayan səkilərin üzərindən keçəsiniz. Sual yaranır ki, niyə bizim piyadalar yolun ortası ilə gedir. Onlar hara ilə getsinlər? Səki tapa bilmirlər. Bütün səkilər zəbt olunub”.

Səkilərə gəlincə, aparıcı burada da bir sıra problemlərin olduğunu nəzərə çatdırıb:

““Keçmiş Sovetski” deyilən ərazidən savayı, Bakı şəhərində digər o planlanmış, yenilənmiş, düzəlmiş ərazilərdə səkilərin hündürlüyünə baxın. Bəli, başa düşürəm, səkini ona görə hündür edirlər ki, maşınları oraya dırmaşdırmasınlar, amma əlil, uşaq arabası ilə hərəkət edənlər, yaşlı insanlar oraya qalxa bilmir. Biz Bakı şəhərində əlil arabasında hərəkət edən insanları az görürük. Bu, o demək deyil ki, biz spartalıyıq və sağlamıq. Xeyr, ona görə az görürük ki, şəhər o əlil arabasında hərəkət edən insanlara qənim kəsilib. Bizim şəhər piyadalar üçün deyil, dəmirlər üçündür. Bu maşınlar gəlirlər, gəlirlər, ona görə də problem yaranır. İctimai nəqliyyat düzəlməyincə, nə metronun “20 Yanvar” stansiyasında, nə də digər ərazilərdə bu problem həll olunmayacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi