“Bizim üçün böyük nailiyyətdir” - Svanadze

bizim-ucun-boyuk-nailiyyetdir
Oxunma sayı: 906

Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Zirə” ilə heç-heçə edərək (1:1) bürünc medalları təmin edən “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib.

 - İlk öncə komandanı təbrik edirəm. Bizə dəstək olan hamıya, çətin vəziyyətdə köməyini əsirgəməyən AFFA-ya təşəkkür edirəm. Bizim üçün böyük nailiyyətdi. Azarkeşlərimizi də təbrik edirəm. Həmişə bizim yanımızda olduqlarına görə təşəkkür edirəm. Matça yaxşı başladıq. Oyunda hesabı açsaq da, qoruyub saxlaya bilmədik. Nəticə bizim üçün qənaətbəxşdi.

- Bürüncü də qazandız, avrokuboklara vəsiqəni də təmin etdiz. Öz gələcəyinizlə və klubun taleyi ilə bağlı nə deyə bilərsiz?

- Konkret bir şey deyə bilmərəm. Ancaq bu komandada qalıb işimi davam etdirmək istəyirəm.

- Klubda əsasən qış fasiləsindən sonra qeyri-müəyyənlik olsa da sonda avrokuboklara vəsiqəni və bürünc medalı qazana bildiniz. Ancaq maliyyə vəziyyəti heç də pis olmayan bəzi komandalar buna nail ola bilmədi. Komandanı bu oyunlara necə motivasiya etdinizz?

- Bizdə yaxşı futbolçular cəmləşmişdi. Onlar əsl peşəkar idi. Buna görə, onları motivasiya etməkdə çətinlik çəkmədim. Mövsümün ilk yarısında komandaya kömək olan, uğurlamızda pay sahibi olmuş iki oyunçu - Ruslan Abışov və Ağabala Ramazanova da təşəkkür edirəm. Onlar qışdan sonra komandadan ayrılsa da, ilk iki dövrədə qazanılan nəticələrdə böyük pay sahibi oldular.