İsrail onun üçün təhdid yaradan istənilən ölkəyə cavab zərbəsi endirməyə hazırdır.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri baş nazir Binyamin Netanyahu İsrailin Suriyaya ötən gün endirdiyi aviazərbələrdən sonra verdiyi açıqlamasında deyib:
“Biz İrana və İranın aqressiyasına dəstək olan Suriya qüvvələrinə qarşı hərəkət edirik. Bizə zərər vermək istəyənlərə zərbə endirəcəyik. Kim ki bizi məhv edəcəyi ilə hədələyir, buna görə tam məsuliyyət daşıyacaq”.
Daha əvvəl İran Hərbi Hava Qüvvələri hərbçilərinin İsraili məhv edənə qədər onunla vuruşmağa hazır olduğunu bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər