Bizim yanğınsöndürənlərin Türkiyədəki fəaliyyəti - Video

bizim-yanginsondurenlerin-turkiyedeki-fealiyyeti
Oxunma sayı: 3580

Türkiyədə olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər. 

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.

Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlər yanğınlarla mətinliklə mübarizə aparırlar.