Biznes-vətəndaş cəmiyyəti münaisibətlərində necə nail olmaq olar?

biznes-vetendas-cemiyyeti-munaisibetlerinde-nece-nail-olmaq-olar-
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, bu gün layihə çərçivəsində tərəfdaşlıq edilən beyin mərkəzləri ilə biznes icmasının qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı müzakirələri təşkil olunub. Tədbirdə çıxış edən İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu əvvəlcə iştirakçılara layihə çərçivəsində görülən işlər barədə məlumat verib. O, bildirib ki, layihə çərçivəsində tərəfdaşlıq edilən 18 beyin mərkəzi üçün 3 dəfə təlim təşkil olunub: “Təlimlər “Beyin mərkəzlərinin strateji idarəedilməsi”, “Beyin mərkəzlərinin siyasət sənədlərinin keyfiyyətinə nəzarətin artırılması” və “Beyin mərkəzlərində strateji planlaşdırma” mövzusuna həsr olunub”.

Q. İbadoğlu qeyd edib ki, bundan əlavə, İTM tərəfdaş düşüncə mərkəzlərinə strateji menecment və keyfiyyətə nəzarət institutlarının təşkilində metodiki dəstək göstərib: “Layihənin hazırkı mərhələsində tərəfdaş mərkəzlərin biznes icmasına tanıdılması, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunması istiqamətində fəaliyyətlər həyata keçirilir. Bugünkü tədbir həmin fəaliyyətin bir hissəsidir”.

Təqdimatdan sonra iştirakçılar müzakirələrə başlayıblar. Yekunda əlaqələrin gücləndirilməsi üçün ilk növbədə tərəflərin bir-birinə tanıdılması istiqamətində addımların atılmasının gərəkdiyinə dair ümumi rəyə gəlinib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarətdir.