Biznes yerlərə gediş haqqı 2 dəfə azaldıldı

biznes-yerlere-gedis-haqqi-2-defe-azaldildi
Oxunma sayı: 2398

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının qiymət cədvəlində dəyişiklik edilib.

Azərbaycan Dəmir Yolları QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı aprelin 8-dən etibarən 50 manatdan 25 manata endirilir.

Standart və birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılır.