Biznesmen qardaşlar Poroşenkodan məhkəməyə şikayət etdilər

biznesmen-qardaslar-porosenkodan-mehkemeye-sikayet-etdiler
Oxunma sayı: 824

Ukraynalı biznesmen, Kiyev “Dinamo”sunun sahibi İqor Surkis və onun qardaşı, Ali Rada deputatı Qriqori Surkis Ukraynanın keçmiş Prezidenti Petr Poroşenkodan  London Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət ediblər.

“Qafqazinfo”nun məlumatına görə, “Zerkalo nedeli” nəşri yazır ki, Surkis qardaşları və Ukraynanın keçmiş Prezidenti “1+1” telekanalının aksiyalarının alışı zamanı 140 milyon dollarlıq sövdələşmə bağlayıblar. Həmin vaxt Ukrayna Prezidenti olan Poroşenko biznesmenlərə kanal aksiyalarının 25%-ni almağı təklif edib, lakin tezliklə fikrindən daşınıb. O, bu qərarı alış-veriş müqaviləsinin imzalanmasından sonra verib.  

Qeyd edilir ki, sövdələşmənin İngiltərədə bağlanması səbəbindən Surkislər Londonda yerləşən məhkəməyə müraciət ediblər. Sözügedən işlə bağlı ilk məhkəmə iclası bu ilin may ayına planlaşdırılıb.