“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda, ölkənin vitse-prezidenti Co Baydenin rəsmi iqamtgahının yaxınlığında tikinti maqnatı oturduğu 4,5 milyon dollarlıq villasında ailəsi ilə birgə qəddarlıqla qətlə yetirilib. Cinayətkar American Iron Works şirkətinin sahibini, arvadını, 10 yaşlı oğlunu və xidmətçisini əvvəlcə bıçaqlayıb, sonra müxtəlif alətlərlə döyüb, ən sonda isə onları evlə birgə yandırıb.
Biznesmen Savvas Savopolosun ailəsindən digər ştatda təhsil alan iki qızları sağ qalıb. Polis artıq onları qorumaq üçün nəzarətinə götürüb. Evin yaxınlığında iz aşkar edilməsə də, biznesmenin qarajından 2008 istehsalı olan Porsche yoxa çıxıb. Maşın daha sonra digər ştatda yandırılmış halda aşkar edilib.
Son xəbərlər
Son Xəbərlər