Daha bir rus biznesmeni təmtəraqlı məclisi ilə yerli mətbuatın gündəmindədir.
“Qafqazinfo” xəbər verir ki, “Alyans Qrup”un sahibi Musa Bajayevin 50 illik yubileyi 400 qonağın iştirakı ilə “Olimpiya” idman kompleksində baş tutub. Rus mətbuatı biznesmenin yubileyindəki konsert proqramını Olimpiadanın açılışı ilə müqayisə edib.
Gecəni Nikolay Baskov və Maksim Qalkin aparıb. Yubiley tədbiri italiyalı müğənni Andrea Boçellinin ifası ilə başlayıb, daha sonra Lara Fabianın ifasında davam edib. Musiqili qonaqlar arasında Qriqori Leps, London kral simfonik orkestri, irlandiyalı rəqs ansamblı, Polina Qaqarina və Filipp Kirkorov da olub. Təkcə musiqi proqramına 100 milyon, ümumilikdə isə, biznesmenin yubileyinə 250 milyon rubl xərclənib.
Tədbiri 40 nəfərdən ibarət OMON döyüşçüləri qoruyub.
Yubilyarı futbolçu Messi də təbrik edib. Futbolçunun videolu təbrik mesajı qonaqlara nümayiş etdirilib.







Son xəbərlər
Son Xəbərlər