Biznesmenin ölümü ilə bağlı cinayət işı açıldı

biznesmenin-olumu-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 2672

Daxili İşlər Nazirliyi dünən Xaçmaz rayonunda iş adamının qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

Murad Əhməd