“Biznesmen”in qala gecəsi - - Fotolar

biznesmenin-qala-gecesi-
Oxunma sayı: 2294


“Qafqazinfo”nun məlumatına görə,  Nail Naiboğlunun rejissorluq etdiyi filmin nümayişi Nizami Kino Mərkəzində keçirilib. Gecəyə filmin aktyor heyəti ilə yanaşı xalq artisti Flora Kərimova, Arif Quliyev,  teleaparıcılar Hacı Nuran, Vüsalə Əlizadə, Zemfira Adıgözəlova, müğənni Yaşar Cəlilov, Ayan Babakişiyeva, Aysel Əlizadə, Sevinc və başqaları qatılıb. 

 Film haqda fikirlərini bölüşən Naiboğlu filmin 6 aya ərsəyə gəldiyini bildirib:

“Bu gecə yanımızda olan hər kəsə təşəkkür edirəm. Film mənim ürəyimcə oldu. İnanıram ki, tamaşaçılar da bəyənəcək. Klip bazarında sözümü demişəm. İndi isə istəyirəm ki, kino sahəsində bacarığımı göstərim. Son dövrdə film çəkilişləri artıb. Bütün dostlarıma uğurlar arzulayıram”. 

Könül