Jurnalist həbs olundu

jurnalist-hebs-olundu
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, bu haqda müxalifətçi Azad Gürcüstan partiyasının nümayəndəsi Georqi Mosiaşviliyə istinadən “Georgian Online” xəbər yayıb.
Prezidentə aid olan üzümlük Şərqi Gürcüstanın Kaxetiya bölgəsindədir. Ramişvilinin hansısa reportajın hazırlığı üçün regiona gəldiyi xəbər verilir. Jurnalisti Azad Gürcüstan partiyasnın nümayəndəsi müşayiət edirmiş.
Mosiaşvilinin sözlərinə görə, onlar Ramişviliylə üzümlüyə gəliblər, burada dayanan mülki şəxslərdən bağa girməyin mümkünlüyünü soruşublar. “Onlar bizə demədilər ki, daxil olmaq olmaz, sonra mülki şəxslər Şalvadan mikrofonu və kameranı aldılar, onu avtomobilə oturdub apardılar”, deyə Mosiaşvili bildirib.
Müxalifət nümayəndəsi deyib ki, mülki şəxslər sonradan polis əməkdaşları olduqlarını söyləyiblər. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən açıqlama verilmədiyi qeyd olunur.
Şalva Ramişvili “202” telekanalının təsisçis, həmçinin bu kanalda yayımlanan siyasi tok-şounun aparıcısıdır.
“Qızıl gül inqilabı” zamanı Ramişivili Mixail Saakaşvilinin piar-məsləhətçisi olub.
2006-cı ildə jurnalist deputatların birindən 100 min dollar almağa çalışması ittihamı ilə həbs edilib. Ramişvili özünü günahkar bilmədiyi üçün əfv üçün müraciət etməmişdi. 2009-cu ildə, o, cəza müddətini bitirib azadlığa çıxıb.