Jurnalist necə döyülüb? – Qarşı tərəf

jurnalist-nece-doyulub-qarsi-teref
Oxunma sayı: 1160

Bunu “Qafqazinfo”ya açıqlamasında İmişli rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zahidov deyib. O, jurnalistin doğru danışmadığını və baş vermiş hadisəni düzgün təqdim etmədiyini vurğulayıb: “Məhbub Zülfüqarlı FİNKO kredit təşkilatının İmişlidəki nümayəndəliyinin binasına gedib və oradan pul tələb edib. Lakin ona pul verməyiblər və mübahisə yaranıb. Buna görə də onu həmin ərazidən aralamaq istəyiblər, bu zaman Məhbub onları söyüb və vurub. Onlar da da özlərini müdafiə edəndə Məhbub Zülfüqarlının özünün eynəyi sınıb və üzünə batıb. Hadisə belə olub. Bu günə qədər o həmin hadisəyə görə xəstəxanqada olmayıb. Onun və qarşı tərəfin verdiyi şikayət əsasında hazırda polis araşdırma aparır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələ həll olunacaq. Yəni onun döyülməsinin, verdiyi məlumatların mənimlə, İcra Hakimiyəti ilə heç bir əlaqəsi yoxdur”.

M. Zülfüqarlının daşqından sonra tikilən evlərin bir hissəsinin şöbə müdirinin qohumlarına verilməsi ilə bağlı iddiasına gəldikdə R. Zahidov bunun da doğru olmadığını deyib: “O yalan danışır. İmişli rayonunda mənim soyadımla yalnız bir adama ev tikilib. O da həmin evdə 8 dəfə FHN-nin iştirakı ilə monitorinq keçiriləndən sonra mümkün olub. Ev tam qəza vəziyyətində olub. Mənim qohumum da bu ölkənin vətəndaşıdır. Yəni evi dağılıbsa, mənim qohumum olduğu üçün ona ev tikilməməlidir?! Özü də evi biz tikmirik ki, bununla dövlət komissiyası məşğul olur. Mənim ev tikilməsi ilə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, “Hürriyyət” qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarlı mətbuata yaydığı məlumatda bildirib ki, iyulun 5-də İmişli rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zahidovun qohumu Azər Zahidovun onu döyüb. Burun sümüyü sındırılan M. Zülfüqarlı xəstəxanaya yerləşdirilib, tibbi ekspertizadan keçib və məsələyə polis müdaxilə edib.