Jurnalistlərin binası vaxtından tez hazır olacaq

jurnalistlerin-binasi-vaxtindan-tez-hazir-olacaq
Oxunma sayı: 655

Tikinti yüksək templə gedir və iyulun 22-də qeyd edilən Azərbaycan Milli Mətbuat Gününə hazır ola bilər. “Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişafı" mövzusuna həsr olunmuş "dəyirmi masa"da deyib.

Vüqar Səfərli bildirib ki, hazırda tikinti işləri 12-ci mərtəbə səviyyəsində aparılır.

16 mərtəbəli binanın ucaldılması 2011-ci ilin dekabrında Bibiheybət qəsəbəsində bir hektarlıq sahədə başlayıb. Binada bir və ikiotaqlı 154 mənzilin olması gözlənilir.