Kafir kimdir? – I hissə

kafir-kimdir-i-hisse
Oxunma sayı: 1086



“Qafqazinfo” tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı Soyqırımı” kitabı nəşr edilib. “Qafqazinfo” mövzunun aktuallığını, hadisələrə yanaşma tərzinin fərqliliyini nəzərə alaraq kitabın bir hissəsini oxuculara təqdim edir:


XOCALI SOYQIRIMI


Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı soyqırımı” kitabı XX əsrin ən böyük faciəsi olan Xocalı hadisəsinə həsr olunub. Kitabda Xocalı faciəsində ölənlər, yandırılanlar, diri-diri başları kəsilənlər, dırnaqları qoparılıb işgəncə ilə öldürülənlər haqqında geniş məlumat verilib. Ermənilərin vəhşiliyi, türk qanına hərisliyi ağrılı bir dillə yazılıb. Kitabda həmçinin ayağı kəsilən, şikəst olan qadınlarımızın, cavanlarımızın, oğlu, qızı itkin düşmüş analarımızın faciəsi də təsvir edilib. Xocalı soyqırımı haqqinda bu ilk tarixi kitab 1992-ci ildə 30 000 nüsxə olaraq nəşr edilmişdir. 2012-ci ildə isə müəllif tərəfindən yenidən işlənib nəşrə hazırlanmışdır.Qeyd edk ki, müəllif həmin hadisələrdə döyüş bölgələrində olmuş, xocalılarla görüşmüş, o faciəni yaşayanların dediklərini və öz gördüklərini qələmə almışdır.


XOCALI HAQQINDA


* Mənbələrdə Xocalı ərazisi “Müqəddəs yurd” adlandırılır və müqəddəslərin uyuduğu diyar, müqəddəs məkan, yer məna-sını verir. “Xoca” - türk sözü olub, türkdilli xalqların dilində hörmətli, müqəddəs şəxslərə deyilir. Buradakı “lı” şəkilçisi “el”, “oba”, “yer-yurd”, “məkan” ifadə edən mənsubiyyəti bildirir.
* Xocalı Soyqırımına qədər Xocalıda 7 (yeddi) min nəfər-dən çox əhali yaşayıb. Dağlıq Qarabağ Muxtar Vilayətində Şu-şadan sonra azərbaycanlılar yaşayan ən böyük yaşayış məskəni olub.
* Xocalının rayon olaraq ümumi ərazisi 0,97 min kv km-dir.
* Əhalisi əsasən əkinçilik, üzümçülük və heyvandarlıqla məşğul olub.
* Burada 2 tam orta, 1 ibtidai məktəb, 3 məktəbəqədər müəssisə, 1 mədəniyyət evi, 3 klub, 3 kitabxana, 1 feldşer-mama məntəqəsi, 100 çarpayılıq xəstəxana, bank, telekommunikasiya qovşağı, Şəki İpək fabrikinin, Gəncə Tikiş fabrikinin, Bakı Dəzgahqayırma zavodunun filialları və s. fəaliyyət göstərib.
* Araşdırmalara görə Xocalı abidələri kompleksi b. e. ə. II-I minillikləri əhatə edir və buraya kurqan, daş, qutu, torpaq qəbirləri və s. daxildir.
* Xocalıdakı kurqandan aşkar edilən bir gil qabdakı buğda təsviri 3-4 min il bundan əvvəl də sakinlərin əkinçiliklə məşğul-luğunu göstərir.
* 1978-ci ilə qədər Xocalı Xankəndi rayonunun, 1978-ci ildən 1991-ci ilə qədər Əsgəran rayonunun Xocalı kəndi adlanıb.
* 1991-ci ildə noyabrın 26-da Dağlıq Qarabağın Muxtar Vilayət statusu ləğv edilib, Xocalıya rayon statusu verilib, keç-
miş Əsgəran rayonunun bütün kəndləri və Xankəndi şəhəri ona tabe edilib.
* Xocalının Milli qəhrəmanları – Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev, Hikmət Nəzərəli, Tabil Həsənov, Natiq Əhmədov, Şakir Salahov, İnqilab İsmayılogv, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Araz Səlimov (həlak olublar) və Mövsüm Məmmədov (sağdır).
* Xocalı soyqırımında 613 nəfər həlak olub:
* Uşaqlar – 63 nəfər;
* Qadınlar – 106 nəfər;
* Qocalar – 70 nəfər;
* 8 ailə tamamilə məhv edilib;
* 27 ailənin yalnız 1 üzvü qalıb;
* 25 uşaq hər iki valideynini itirib;
* 30 uşzaq valideynlərindən birini itirib;
* 239 ailə öz başçısını itirib;
* 487 nəfər yaralanıb, onlardan:
* Uşaqlar – 76 nəfər;
* 200 nəfərin ayaqlarını don vurub;
* 1275 nəfər əsir götürülüb;
* 1165 nəfər girovluqdan azad edilib;
* 155 nəfər itkin düşüb;
Azərbaycan dövlətinə və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə qədər 5 milyarad rubl dəyərində ziyan vurulub.

XOCALI SOYQIRIMINI TANIYAN DÖVLƏTLƏR:


* MEKSİKA
* Şimali Amerikada yerləşir, paytaxtı Mexiko şəhəridir;
* Milliyyəti – meksikalı;
* Milli dili – ispan dili;
* Müstəqilliyi – 16 iyul 1810-cu il, elan etdiyi vaxt – 27 iyul 1821-ci il;
* əhalisi – 111 milyon nəfər;
* katoliklər – 89%; protestantlar – 6%; digər inanclılar – 5%;
* idarəçilik sistemi – Respublika.
Meksika Senatı Xocalı soyqırımını tanıdı 30.01.2012 | 23:02 Bu qərar ən böyük və aparıcı Latın Amerikası dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunub
"Qafqazinfo"nun məlumatına görə, Meksika Senatı Xocalı soyqırımını rəsmən tanıyıb.
Senatın qərarının əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Xocalı soyqırımı xarici parlament tərəfindən qanunvericilik aktı səviyyəsində tanınıb.
Bundan əlavə, bu qərar ən böyük və aparıcı Latın Amerikası dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunub.
Qeyd edək ki, Azərbaycan xalqının fəlakət və faciəsi, əsasən Xocalı əhalisinin erməni silahlı qüvvələri tərəfindən kütləvi qətlə yetirilməsi, ümumilikdə işğal olunmuş ərazilərdə etnik təmizləmə haqqında həqiqətlərin dünyaya çatdırılması Azərbaycan üçün vacib şərtdir.

PAKİSTAN


* Cənubi Asiyada yerləşir;
* Dövlət dili urdu və ingilis dilləri;
* ərazisi – 796, 095 kv km;
* 1956, 23 mart - Pakistan İslam Respublikası adlanıb.
Daha bir ölkə Xocalını soyqırımı kimi rəsmən tanıdı- Qətnamənin mətni 01.02.2012 | 15:57 Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanıyıb.
Çərşənbə günü Pakistan Senatının Beynəlxalq mü-nasibətlər komitəsinin iclasında 1992-ci ildə Azərbaycanın Xo-calı şəhərində erməni silahlı birləşmələri tərəfindən törədilən faciəli hadisələrin soyqırım kimi tanınması barədə qətnamə yekdilliklə qəbul edilib. Bu barədə Trend-ə qətnamənin təşəbbüskarı senator Hacı Qulam Əli İslamabaddan telefonla bildirib.
Bu komitənin qərarı əsasdır və Senatın özünün qərarı hesab edilir.
Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır.
Senat habelə beynəlxalq ictimaiyyətdən Ermənistanı BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırmağı xahiş edir, eləcə də Xocalıdakı faciəli hadisələrin günahkarlarının məsuliyətə cəlb edilməsinə çağırmağı tələb edir.
"Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanında olacaq", - senator deyib.
1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə hücum ediblər və onların beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınan əməlləri nəticəsində öz etnik mənsubiyyətinə görə yüzlərlə adam qətlə yetirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Qafqazinfoya daxil olan qətnamənin mətnini diqqətinizə təqdim edirik:
1) Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyir.
2) Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir.
3) Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər.
4) Komitə Azərbaycan Respublikasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində səylərini dəstəkləyir.
Bir az əvvəl Meksika Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırım kimi tanıyıb.
1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən
8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Məlumatlar Qafqazinfo.az. saytından götürülüb.

ALLAH ÖLƏNLƏRƏ RƏHMƏT ETSİN!


lümün alovlu nəfəsi hər yandan onların üs-tünə axırdı. Zalımın qara qılıncı günahsızla-rın başına endirildi. Gecənin qaranlığı tökü-lən nahaq qanlardan qızarmağa başlayırdı. Göy üzünü qalın matəm buludları örtmüşdü. Dilsiz körpələrin ahı, fəğanı yüksəlirdi göylərə. Rəhmsiz insanların işgəncə torunda çırpınan ağsaçlı analar ucalardan uca sandığımız ulu Tan-rını səsləyirdi. Ulu Tanrı da kömək əlini uzatmırdı çırpınıb, al-qan içində inildəyənlərə. Deyəsən, Ulu Tanrı yaratdığı bəndəsinin bu zülmkarlığından bərk peşiman idi. ...Qırmızı qana bürünmüş qaranlıq gecə hər yandan ölüm yağdırırdı insanların üstünə. Kəsilirdi, doğranırdı adamlar. Vaxt-sız-vədəsiz dünyasını dəyişirdi insanlar! Onlara zülm edi-lir, divan tutulurdu o gecə! O qanlı gecədə ölənlər, itənlər yüzlərlə, minlərlə idi... Allah sizə rəhmət eləsin, ölənlər! Qəbriniz nurla dolsun!
“Bismillahir rəhmanir rəhim!
Rəhmli, mərhəmətli Allahın adı ilə!
1. Həmd [şükr və tərif] olsun Allaha-aləmlərin Rəbbinə!
Ö
2. [Bu dünyada hamıya] rəhmli [axirətdə isə ancaq möminlərə] mərhəmətli olana,
3. Haqq-hesab [qiyamət gününün] sahibinə!
4. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
5. Bizi doğru yola yönəlt!
6. Nemət verdiyin kəslərin yoluna!
7. Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!”
Müqəddəs "Quran" kitabındaıı "Əl-Fatihə" surəsi.

RUHLAR ÖLMÜR


"Allah öləndən sonra hər bir mömini və kafiri dirildəcəkdir ki, ixtilafda olduqları məsələləri onlara izah etsin və qiyamət günü ölülərin diriləcəyini inkar edənlər də yalançı olduqlarını bilsinlər".
Müqəddəs “Quran" kitabından “Ən-Nəhl”
["Bal arısı"] surəsi.
Pak və təmiz insanların ruhu ölmür! Günahsız qətlə yetirilənlərin ruhu daim yaşayıb qatilə sıxıntı gətirir. Ruhlar ölmür, ruhlar yaşayır. Onlar heç zaman gözümüzə görünmür. Amma daim bizimlədir. Sevincli, xoş günlərimizə şadlanır, qəmgin, nisgilli halımıza pərişan olur. Ruhlar addımbaaddım bizi izləyir, kafir zərbəsindən, şeytan nəfəsindən qorumağa çalışır. Ruhlar hər vasitə ilə gözümüzə görünməyə cəhd edir və bundan ötrü hansı
işgəncələri çəkir! Çətinliklə də olsa, min bir əziyyətlə başa gəlsə də ruhlar bu müqəddəs istəklərinə çatır: biz ən çox yuxularımızda onları görürük. Bəzən huşa gedəndə ruhlar gözümüzə görünüb tez də çəkilib yox olur. Ruhlar çırpınır, ruhlar əzab çəkir, bizi sayıq dolanmağa çağırır, təhlükələrdən xəbərdar edir. Ruhlar ölmür, ruhlar yaşayır!
Bir tanışımın qəribə ifadəsi: Anamın üzünü görmə-mişəm. Mən lap balaca olanda o dünyadan köçüb. Amma tez-tez yuxuda ağ paltarlı qadın görürəm. O, həmişə mənə qayğı göstərir, mehriban və şirin sözlər deyir, isti nə-vazişiylə oxşayır məni. Bəzən nəzərdə tutduğum hansısa bir yerə getməyi qadağan edir. Yaxud da məsləhət bilir ki, hansısa işi görüm, kimlərləsə görüşüm. Yaxşı adamlar de-yir ki, o, anamın ruhudur, məndən nigaran olduğuna görə tez-tez yuxuma girir. Doğrudanmı insanın ruhu yaşayır?
Qatil nələr söyləyir? Bir günahsızı qətlə yetirən cavan oğlanla həbsxana kamerasında söhbət edirdim. Oğlan çox peşiman idi bu cinayətə görə. Məqsədim isə oğlanın psixoloji sarsıntılarından yazmaq idi. O, çəkdiyi əzablar-dan, sıxıntılardan danışdıqdan sonra qəfildən dedi: Bilir-sən, bu əziyyətlərə dözə bilərəm. Amma bir şey işgəncə ve-rir mənə. Gözümü yuman kimi, öldürdüyüm adam gəlib durur qabağımda. Nə edirəmsə, gözüm önündən çəkilmir. Bu, məni bərk əsəbiləşdirir, dilxor edir. Yata bilmirəm, yuxusuz qalıram.
...Qatil oğlana əzab verən günahsız öldürdüyü adamın ruhu idi. Ruh ona əzab verib qisasını alırdı.
Yenə bir qəribəlik: Biri danışırdı ki, atam, anam, qardaş və bacım avtomobil qəzasında həlak olandan sonra gecələr evə girməyə qorxuram. Mənə elə gəlir ki, evdə kimsə var. Hərdən otaqda şıqqıltı, hətta addım səsləri də eşidirəm.
Oğlan nahaqdan narahatlıq hissi keçirmirdi. Doğma-larının ruhu evdə dolaşıb gəzir, onu tək qoymurdu.
...Ruhlar ölmür, ruhlar yaşayır. Pak və təmiz insanların ruhu daim aramızda dolaşır.
XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınından sonra görüşüb söhbət etdiyim onlarla atasız, anasız qalmış, doğmalarını itirmiş adamlar bu sözü ürək ağrısı ilə təkrar edirdilər: onları tez-tez yuxuda görürük. Bizə elə gəlir ki, onlar diridir, sağdır, yenə bir gün yanımıza qayıdacaqlar. Yazıq xocalılar nahaqdan demirdi bu sözü. Onların itirdiyi doğma adamların pak və müqəddəs ruhu hələ yaşayır və hər zaman yaşayacaqdır!

XOCALI FACİƏSİ


1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı baş verdi. Yüzlərlə insan al qanına qəltan edilib qətlə yetirildi. Düşmən kini, küdurəti içinə yığıb kimsəyə aman vermədi. Kafir erməni həmin o dəhşətli gecədə ağbirçək anaya da güllə atdı, ağsaqqal qocaya da, südəmər körpəyə də. Düşmən amansız idi və xislətindəki bütün insani hissləri kənara qoyub quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan
içdikcə hiddətlənir, ehtiraslı bir qüvvə ilə köməksiz ovunun üstünə atılır, insafın, mərhəmətin nə olduğunu bilmirdi. Onun qəlbində yalnız bir "istək" alovlanırdı: Türk qanı içmək! Bacardıqca çox içmək türk qanını! Onun ulu babaları da həmişə belə etmişdi - türk qanı içmək həsrətiylə yaşamışdılar. İndi o məkrli babaların kinli övladları bu istəyi həyata keçirirdilər. İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz insanların taleyinə qanlı güllələrlə həkk edirdilər. Körpə naləsindən, ağbirçək ana yalvarışla-rından xoşhallanırdı bu kafirlər - ermənilər! Ermənilər doğrudanmı kafirlik edirdi həmin o günü? Ermənilər Allah xofundan ehtiyat etmirdilərmi? Bir də kafirdə hansı insani hiss, düşüncə olur ki, Allah adından da ehtiyatlansın?

KAFİR KİMDİR?


"Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!"
Müqəddəs "Quran" kitabından Fatir ["Yaradan"] surəsi.
Həmin o Xocalı soyqırımında ermənilərin vəhşiliyi, etdikləri hərəkətlər yalnız kafirə məxsusdur. Bu zülmü, işgəncəni yalnız kafir edə bilər. Kafir qəlbi yalnız kin, küdurət bitirir, zülm yağdırır, ölüm alovu saçır. Kafir işıqları söndürüb zülmətlər yağdırandır! O, təbəssümləri
sildirib, iztirablar yetirəndir, insanların xoş gününü, güzəranını qılınclayıb, cəhənnəmə döndərəndir! Amma nə zamansa Allahın qəzəbinə gələcək kafir! Köməksizliyin ahı, kimsəzislərin qarğışı bir gün tutacaq kafiri! Onu amansız bir ölüm alovunda yandıracaq!
Allah kafiri kafir kimi yaratmayıb. Onu da insan yara-dıb, adamlıq nuruna boyayıb. Amma kafir erməni xəya-nətlər və şeytanlar arasında böyüdüyündən insanlıqdan kə-nar olur, Allahın buyurduğu pak yoldan uzaqlaşır. Kafir erməni Allahın bu müqəddəs kəlamını nahaqdan unudur:
"Ey insan! Sən ölənə qədər Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona qovuşacaqsan! Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!"
Kafir erməninin inanıb sitayiş etdiyi xristian dininin müqəddəs kitablarında da onun vəhşiliyi qəbul edilmir, Allahın yanında cəzalanacağı ilə hədələnir.
Kafir erməni Xocalıda törətdiyi qırğına görə, bütün dinlərin müqəddəs kitablarındakı işgəncələrə məruz qala-caqdır. Böyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O bu cinayətlərinə və Allah kəlamını eşitmə-diyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır.
Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbində bu dəhşətli faciəyə ağrıyıb, zülmkar ermə-nini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı hər yandan qovub uzaqlaşdınn! Qoy o tənhalıq səhrasında ya-nıb, yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüzü gözləyin, ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

HADİSƏ OLMAYA BİLƏRDİMİ?


qanlı soyqırımdan az bir müddət keçsə də, indi çox acı həqiqətlər aşkarlanıb. Onlar könül açmır, ürək sevindirmir. Təəssüfün, peşmançılığın qanlı zəncirində boğur adamı. Ağrı içində qovrula-qovrula bir acı həqiqətin hökmü ilə razılaşırsan: O dəhşətli qırğın olmaya bilərdi!
Bəs günahkarı kimdir bu soyqırımın? Faciə kimin la-qeydliyi, biganəliyi ucbatından baş verdi? Bu xalqın taleyi ilə oynayan kimlər idi? Hansı çirkin məqsədə qurban ver-dilər bu xalqı? O "niyyət", o "məqsəd" məgər işgəncə ilə ölən analardan, bacılardan, qardaşlardan uca idimi bu adamlar üçün? Niyə vaxtında tədbir görüb xalqı xilas et-mədilər? Axı, bunu vaxtında etmək olardı! Kafir erməninin acgözlüklə, türk qanına hərisliklə pusquda dayandığını "o adamlar" - yəni özümüzkülər məgər bilmirdimi? Axı niyə bu qəti addımı atıb xalqı tələdən çıxarmadılar?
Hadisə olub keçsə də səbəbkar tapılmır. Qatilin kimliyi bilinir. Və qatil özünü gizlətmir də. Amma səbəbkar hələ ki, tapılmır. Qatil ermənidir. Bəs səbəbkar kimdir?
İndi çoxları bu sözü təkrarlayır: Xocalı siyasətin qur-banı oldu. Doğrudanmı belədir? Doğrudanmı kimlərsə ha-kimiyyət ehtirasına bürünüb Xocalı camaatını qırğına ver-di? Əlbəttə ki, həqiqət nə zamansa üzə çıxacaq, qaranlıq suallar aşkarlanacaq.
Amma bir həqiqət də məlumdur: əgər cəhd göstəril-səydi, qeyrət və ürəyiyananlıq edilsəydi xocalıları xilas et-mək olardı. O zaman XX əsrin ən böyük və dəhşətli qırğınlarından biri baş verməzdi.

XOCALI ÇOXDAN MÜHASİRƏDƏ İDİ


Faktlar göstərir ki, Xocalı çoxdan düşmən mühasirə-sində idi. Ətraf mühitlə, doğma Azərbaycanla əlaqə demək olar ki, kəsilmişdi. Xocalı camaatının taleyi nazik bir tel-dən asılmış kimiydi. Adamlar da, Azərbaycan hökümətinin rəhbərləri də bu nazik telin tezliklə qırılacağını bilirdilər. Vaxtilə böyük həvəslə Xocalıda geniş yaşayış evləri tikib, yüzlərlə qaçqını orda yerləşdirən başçılarımız qısa bir za-manda buraya xərclənən milyonlarla pulun havaya sov-rulacağını hiss etmişdilər.
Sonradan görüşüb söhbət etdiyim bəzi Xocalı sakinləri ürək ağrısı ilə deyirdilər: "Əslində Xocalının düşmənə verilməyində hökümət başçılarımız maraqlı idi. Çünki yalan işlər adı ilə milyonlarla pul yeyilmişdi. Axı, o mil-yonları ört-basdır etmək lazım idi”.
Belə çıxır ki, həm də pul ehtirasının, var-dövlət aludə-çiliyinin qurbanı olmuşdu yazıq xocalılar!
Xocalı mühasirə əzabının qanlı tikanları ilə hörülmüş-dü. Baş verən son hadisədən sonra ümid yolu yalnız hava nəqliyyatına idi.
Xocalı şəhərinin Baş prokuroru Atakişi Atakişiye-vin ifadəsi:
- 1991-ci ilin noyabr ayının 28-də Əsgəran rayonunun içərisində bizim UAZ markalı maşında 3 nəfər öldükdən sonra Əsgəran yolu bağlandı. Hətta bir neçə gündən sonra ermənilər Əsgəran qalasını böyük panellərlə hördülər. Yol kəsildi. Xocalıların kənara çıxması ancaq hava xəttindən asılı qaldı. Vetolyotlarla sursat, ərzaq və digər təchizat vaxtında təmin olunmadı. Hətta çörək də çox vaxt veto-lyotla daşınırdı. Xankəndində silah düzəldən zavodun da-yandırılması ilə əlaqədar biz öz təşəbbüsümüzlə elektrik xəttini kəsdirmişdik. Son üç ay idi ki, işığımız da yanmır-dı...
Camaatın işığı da kəsilmişdi, çörəyi də yox idi. Xalq yiyəsiz, kimsəsiz, başsız halda təhlükə pəncəsində qorxu çəkirdi. 1992-ci il yanvarın 28-də isə Xocalı şəhərini bö-yüdüb rayon etmişdilər. Təəssüflər olsun ki, həmin fərmanı imzalayanlar çoxdan o rayonu da, orada yaşayanları da unutmuşdular. Bəs o fərman imzalayanlara real məlumat çatdırılırdımı?
Rayonun Baş prokuroru Atakişi Atakişiyevin hadisə-dən iki ay əvvəl - 1991-ci il dekabrın 27-də respublika rəhbərliyinə göndərdiyi xəbərdarlıq teleqramı:
Təcili teleqrafla, Bakı, Azərbaycan Respublikasının prezidenti A. Mütəllibov yoldaşa:
Surəti Respublika prokuroru Murad Babayev yol-daşa:
Sizə müraciət edərək bildirirəm ki, DQMV-nin Cəmilli və Tuğ kəndlərindən azərbaycanlıları erməni quldurları çıxartmışlar. Malıbəylidə vəziyyət olduqca ağırdır. Dağlıq Qarabağda erməni quldurları üçün ən təhlükəli yer Xo-calıdır. Çünki Xocalı Əsgəranın və Stepanakertin ortasında yerləşir. Burada dəmir yolu və aeroport vardır. Xocalı şəhərinə Əsgəran ilə Stepanakert arasında olan yol 25-30 gündür ki, kəsilmişdir. Gediş-gəliş yoxdur. Bu günə kimi belə çətin vəziyyətdə heç bir kömək olmadan yaşayırıq. Xüsusilə yerli milis şöbəsi, aeroport milisi, öz yaratdığımız milli müdafiə dəstələri fədakarlıq göstərir. Buna baxmayaraq vəziyyət getdikcə çətinləşir. Ona görə ki, 25 - 30 gündür yol işləmir. Vertolyot işləmir. Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə qərargah indiyə kimi bizə heç bir kömək edə bilməmişdir. 10 gündür ki, maşın, heç bir şey işləmir. Ərzaq malımız yoxdur. Müharibə vəziyyətində bütün bunlara dözmək olar. Lakin bir şeyə dözmək müm-kün deyil - hər şeyimiz qurtarmışdır. Bizi başa düşün ki, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək üzrədir.
Əziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etdikdə Əsgəranla Stepanakert (Xankəndi) arası açılacaq. Azərbaycanın bu işlərdə çəkdiyi əziyyət hədər olacaq. Sonra DQMV-də vəziyyət daha da ağırlaşacaq. Onu bilirəm ki, hələ Xocalı şəhərini bu günə kimi heç kim gözüylə görüb müşahidə edib məlumat çatdırmayıb. Sizdən artıq xahiş edirik ki, bizə lazım olan şeyləri çatdırasınız. Köməklik edəsiniz. Xocalıda heç bir idarə, müəssisə, məktəb və kolxoz, sovxoz işləmir, fəaliyyəti dayanmışdır. Əziz rəhbərlərim, yaralıları aparmağa təcili yardım maşını yoxdur. Yaralıları heç bir yerə aparmaq mümkün deyil. Adi sarğı materialı da yoxdur. Açıq müharibə şəraitində
yaşamaq çətindir. Biz sizdən təxirə salınmadan kömək və ümid gözləyirik. Əziz rəhbərlərim, sonra bizim üçün gec olar. Xocalıda un da yoxdur. Bizə təcili yardım edin.
Xocalı şəhər prokuroru A.Atakişiyev.
Beləcə, ulularımızın qədim yaşayış yeri olan Xocalı göz görə-görə məhvə gedirdi. Neçə yüzilliyin nəfəsini özündə yaşadan, Assuriya padşahlığı dövrünə aid məzarlar tapılan, təkgöz adamın meyidi uyuyan, bir qədim top lülə-sindən 48 kiloqram qızıl çıxarılan, 30 metrə kimi torpağa batmağı ehtimal olunan bu qədim və sirli-sehirli diyar biga-nəliyin, laqeydliyin ucbatından dağılıb gedirdi. Xocalı ca-maatı ulu babaları uyuyan bu torpağa öz sədaqətlərini, hər istəyin fövqündə dayanan məhəbbətlərini bildirirdilər. Ac-lıq və ehtiyac içində əzab çəksələr də, dözüb dayanır, mü-qəddəs ana yurddan, ulu torpaqdan ayrılmaq istəmirdilər.
Yaxınlıqda, cəmi iki addımlıqda dayanmış xain düş-mən isə hər şeyi görür, ehtiyatla, düşünülmüş planla kö-məksiz xocalıların üstünə gəlirdi.
Lənətlənmiş rəhbərlərimiz isə susur, düşmənin bu asta addımlarını ögeyliklə izləyirdilər.
Ağdam qərargahında isə qəribə oyunlar gedirdi. Dövlət nümayəndələri əsassız məlumat verirdilər mətbuatda: Xocalı bizimdir! Xocalını heç kim bizdən ala bilməz! Heç kimin bizə gücü çatmaz və s. Bunlar hamısı gülünc və boğazdan yuxarı deyilən ibarələr idi. Əslində isə Xocalı sarsılır, məhvə aparılırdı.
Ağdamda isə oyunlar davam edirdi. Xocalıya yol aç-maqdan ötrü dəfələrlə əməliyyat planı hazırlandı. Amma hər dəfə bu plan kimlər tərəfindənsə pozuldu. Əməliyyat planlarından biri belə idi: "Bir zirehli teplovoz, zirehli va-qon, dəmir yolunu söküb tikən aqreqat, vaqonlarda qum, çınqıl, vaqonların qabağında isə yolun təhlükəsizliyi üçün boş vaqonlar qoyulmalı idi. Həmin zirehli qatarda 2 tank vardı. Saat 6-da Əsgərana girib Xocalı yolunu açmaq lazım idi".
Lakin əməliyyat keçirilmədi, kimlər tərəfindənsə po-zuldu.
Növbəti "əməliyyatlar" belə idi: "Zabratdan iki "kro-kodil" hərbi vertolyot göndərilmişdi. O, iki gün Dağlıq Qarabağ ətrafında fırlandı, guya ki, Əsgəranda, Naxçıva-nikdə, Xanabad və Noraguhdakı erməni silahlı dəstələrini "bombaladı". Lakin sonradan məlum oldu ki, bu əməliyyat da uğurla başa çatdırılmayıb.
Yanvarın 29-da Xocalıdan sonuncu vertolyot uçub. Fevralın 12-də Gəncədən daha bir hərbi vertolyot Xocalıya gəlib. Amma bu "gəlişlər" Xocalı camaatını təhlükədən xilas etmirdi. Qarşıdan dəhşətli bir faciənin qara tufanı gə-lirdi. Yerli camaat təhlükəni duyurdu. Xocalının qeyrətli igidləri isə mərdliklə, vətənpərvərliklə şəhidlik camı içib yurdun keşiyini çəkirdilər. Düşmənin tankının, topunun qabağında bu igidlər boş əllə dayanmışdılar. Avtomatla zi-rehli tanka, BTR-ə nə etmək olardı ki?
Fəlakət yaxınlaşırdı. Fevralın 25-i günü hamının unu-dub yaddan çıxardığı Xocalı camaatı doğma yurdda son saatlarını yaşayırdı.

ŞÜBHƏLİ MƏLUMAT


Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məmmədov qəribəliklə deyir:
" - Fevralın 25-də axşam saat 9-a işləmiş mənə zəng vurdular ki, Xocalının fin evləri yerləşən tərəfindən bir BMP keçdi. Sonra dedilər ki, Ağdamdan xəbər verilib ki, 4 tank gələcək, atmayın. Bu yalan məlumatın mənbəyini hələ də müəyyənləşdirə bilməmişəm". Məhz həmin BMP-nin keçməsindən sonra Xocalının altı tərəfdən mühasirəsi başladı. İki saata kimi mühasirə davam etdi.
"14", "90" GİZLİ ÇAĞIRIŞDIR
Mühasirə halqası daraldıqca Xocalıdan hər yana - yəni bizimkilərə "14", "90" gizli çağırışları ilə həyəcan dolu xəbərlər göndirilirdi: Bizi qırırlar, kömək edin! Bizi qırırlar, kömək edin!
Təxminən axşam saat 22.00-23.00 radələrində dəhşətli atışma başlandı. Amansız ermənilər rus hərbçilərinin köməyi ilə altı tərəfdən Xocalıya hücum etdilər. Əslində bu hücumda əsas məqsəd yalnız Xocalını almaq deyildi. Bu hücumda vəhşi ermənilər qatil rus hərbçilərinin köməyi ilə həm də nifrət etdikləri Azəri türklərini qırır, ürəklərindəki
nifrət alovunu söndürürdülər. Xocalı faciəsi içərimizi didib parçalasa da, bir acı həqiqəti üzə çıxardı: Ermənilər bizə düşməndir! Fürsət düşən kimi xalqımızı qırır. Onlara heç zaman inanmaq olmaz!
Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən bö-yük faciələrindən biri olan Xocalı soyqırımı oldu. Yüzlərlə günahsızın nahaqdan qanı axıdıldı. Bu nahaq qanı axıdan kafir ürəkli, kafir düşüncəli erməni idi. Kafirlik insan xislətinə uyuşmayan bir alçaqlıqdır. Kafir geci-tezi cəzasına çatacaq.
Müqəddəs "Quran" kafirlərin cəzası haqda: "Ka-firlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri ey-bəcər kökə düşəcək [qaralacaq] və onlara: "Sizin dünya-da istədiyiniz əzab budur!" deyiləcəkdir". Əl-mülk ["ha-kimiyyət"] surəsi.

YAZIQ XOCALILAR


Kafir ermənilər fevralın 25-dən 26-na keçən gecə kimsəsiz xocalılara divan tutdu. Adamlar gecənin qaran-lığında, güllə, mərmi yağışının dəhşətində ayaqyalın, başı-açıq baş götürüb dağlara, meşələrə qaçırdı. Şəhər alovlanıb yanırdı. Hamı qaçırdı. Dəhşət və qorxu içində baş götürüb artıq xarabalığa çevrilən doğma yurdlarından üz döndərib gedirdilər. Vətən dedikləri o müqəddəs torpaq erməni ka-firlərin əlinə keçirdi. Yazıq xocalılar hələ bilmirdilər ki, onların əsil faciəsi qabaqdadır. Qaçmaq hələ faciə deyildi. Qaçmaq əslində xoşbəxtlik idi ki, düşmən gülləsindən sağ çıxırdılar. Dolu evlərini, var-dövlətlərini qoyub gedirdi
xocalılar. Kiminin qoca və xəstə anası qalırdı yanan evlərdə, kiminin də varı, dövləti, pulu. Kimi də həsrətlə, ürəkacısı ilə dayanıb ani olaraq güllə mərmisindən od tutub alovlanan gəlinlik cehizinə baxırdı. Bu qaçaqaç alovunda ana baladan ayrı düşürdü, qardaş bacıdan. Qocalar, qarılar bu qaçaqaç cəhənnəminin əzabına dözə bilməyib soyuq torpağa döşənib deyirdi: "Gəl, gəl öldür məni kafir erməni! Gəl, məni öldürüb rahatlıq tap! O mənim evim, eşiyim, varım, dövlətim, apar nə istəyirsən! Amma cəzanı alacaq-san! Allah qisasımızı yerdə qoymayacaq! Sevinmə erməni, sevinmə! Gün gələr ki, haqqın qapısı açılar, Allah sənin də cəzanı verər! Tökdüyün nahaq qanların rəngi gözünü tutar! Sevinmə erməni, sevinmə! Bu torpaq. Bu yurd sənə qal-mayacaq! İgid oğullarımız sənin murdar nəfəsini bu tor-paqda boğub məhv edəcək! Cəhənnəm alovunda haqqın hökmü ilə diri-diri yandırılacaqsan! Köməksiz qocaların torpaqda çırpınmağına baxıb sevinmə! Körpələrin göylərə yüksələn nalələrini dinləyib könül xoşluğu tapma! Ağbirçəkləri əzabla öldürüb ləzzət aparma! Övladın gözü qarşısında atanı ağaca sarıyıb, əl-ayağını kəsməyinlə öyünmə! Çiçək qızlarımızın pak namusunu ləkələyib, heysiyyatına toxunmaqla qürrələnmə! Yox erməni, sevinmə! Sən bu vəhşiliyinə və zalımlığına görə cəzalanacaqsan!".
...Qocalar, qarılar soyuq torpaqda can verir, yanan yurdlarına baxıb hıçqırırdılar.
Xocalının mərd və qeyrətli oğulları bu qeyri-bərabər vuruşda amansız düşmənlə döyüşür, layiqli müqavimət
göstərirdilər. Düşmən olduqca qüvvətli idi. Muzdlu rus hərbçiləri də qatil ermənilərə hər cür kömək göstərirdilər.
Yazıq və kimsəsiz Xocalı camaatı isə qaçıb qalın meşələrə, soyuq, qarlı dağlara pənah aparırdı.
Həmin günü Xocalıya möhkəm qar yağırdı. Buzlu, şaxtalı çöllərdə Xocalı camaatı inildəyir, əzab çəkirdi.

Ardı var...