Kanadada Mehriban Əliyevanın abidəsi qoyulub - Foto

kanadada-mehriban-eliyevanin-abidesi-qoyulub-foto
Oxunma sayı: 648

“Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, bu şəhərdə Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri çox böyük uğurla keçib, Beynəlxalq Azərbaycan Muğamı Studiyasının təntənəli təqdimatı olub. Burada Niaqaranın xoşməramlı səfiri, Azərbaycanın görkəmli heykəltəraşı Ömər Eldarovun heykəltəraşlıq portretlərindən ibarət fərdi bədii sərgisi təşkil edilib. Tədbirin əlaqələndiricisi, Bakı Musiqi Akademiyasının professoru Mikayıl Hacıyev bildirib ki, Kanada parlamentinin deputatı Monte Kvinter Mehriban Əliyevanın Ömər Eldarov tərəfindən hazırlanmış “İlahi Muza – Azərbaycan muğamının hamisi” adlı heykəltəraşlıq portretini “zəmanəmizin təsviri sənət şedevri” adlandırıb.

Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Beynəlxalq Niaqara Festivalı çərçivəsində keçirilib. Festivalın bədii rəhbəri Atis Bankas deyib ki, Azərbaycan muğamının dirçəldilməsi və onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi Mehriban Əliyevanın adı ilə bağlıdır. “Biz, Kanada musiqi mədəniyyətinin nümayəndələri və Niaqaranın dövlət rəsmiləri Azərbaycan muğamının böyük pərəstişkarları və sərrafları kimi belə hesab edirik ki, Kanadada, onun Niaqara kimi nadir təbii və coğrafi regionunda Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin sonunda gözəl bir təsviri sənət nümunəsinin, Azərbaycan muğamının hamisi olan İlahi Muzanın heykəlini özümüz üçün kəşf etdik. Biz bunu mühüm tarixi hadisə hesab edirik”.