Kapitanla öpüşdü, gəmi batdı

kapitanla-opusdu-gemi-batdi
Oxunma sayı: 658

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, kapitanla sevgi yaşayan moldovalı Domnika Kemortan ilk dəfə danışıb.

“Sunday Mail” qəzeti yazır ki, 25 yaşında olan Kemertan kapitanla çox səmimi olduqlarını deyib: “Buna eşq demək olmaz, amma qəzadan əvvəl öpüşdük. Ondan xoşum gəlirdi. Bəlkə qəza olmasaydı, o gecə cinsi münasibət də olacaqdı”.

Domnika hadisə barədə danışarkən qeyd edib ki, kapitan qəzadan öncə adanın gözəl mənzərəsini seyr etmək üçün onu yuxarı çağırıb. “Qəzadan öncə öpüşdük. Qısa müddətdən sonra qəza oldu. Kapitanın ətrafında olan hər kəslə italyanca danışdığı üçün heç nə başa düşmürdüm”, - deyə Domnika bildirib.

Bu il yanvarın 13-də baş verən qəzadan sonra gəminin kapitanı ev dustağı edilib.