Keçmiş xarici işlər naziri ağır cinayətdə şübhəli bilinir

kecmis-xarici-isler-naziri-agir-cinayetde-subheli-bilinir
Oxunma sayı: 634

ANS PRESS-in 1in.am saytına istinadən verdiyi məlumata görə, keçmiş nazir bəyanatında bildirir ki, ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Vardan Oskanyan özü və təsisçisi olduğu “Sivilitas” fondu tərəfindən çirkli pulların yuyulması ilə əlaqədar ifadə verib.

Vardan Oskanyan bəyan edir ki, 2008-ci ildə yaradılan fondun maliyyələşdirilməsində Hollandiya və Polşa hökumətləri, Norveç və Almaniyanın Xarici İşlər nazirlikləri, İsveçrə və Böyük Britaniyanın inkişaf agentlikləri, ABŞ-ın Ermənistandakı səfirliyi, ATƏT-in İrəvan ofisi, eləcə də, digər nüfuzlu təşkilatlar, koporasiyalar və ayrı-ayrı şəxslər iştirak ediblər. “Ermənistanın müvafiq orqanları bunu bilməmiş deyillər. Mənim və “Sivilitas” fondu hansısa yolla cinayət yolu ilə əldə edilmiş qanunsuz pullarla əlaqəsinin olması təəccüblü və anlaşılmazdır. Ən təəccüblüsü isə odur ki, bu məsələ məhz mənim siyasi proseslərə qoşulduğum vaxtda qaldırılır”.

Vardan Oskanyan hesab edir ki, başlanmış cinayət işinin arxasında siyasi sifariş dayanır.