Kim Kardaşyan “erməni burnu”na görə utanır

kim-kardasyan-ermeni-burnuna-gore-utanir
Oxunma sayı: 1230

Erməni əsilli amerikalı fotomodel Kim Kardaşyan öz “erməni burnu”na görə xəcalət çəkir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, fotomodel burnunun çox nəzərə çarpdığını bildirərək çatışmazlığı aradan qaldırmaq üçün bir neçə dəfə plastik cərraha da müraciət edib.

“Mən burnumdakı çatışmazlığın aradan qaldırılacağına ümid edirdim. Ancaq həkimlər məni müayinə edərək buna ehtiyac olmadığını bildirdilər. Bu çatışmazlıqla barışmağım lazım gəldi”, - deyə Kim Kardaşyan bildirib.

Erməni gözəlçə indi “erməni burnu”nu gizlətmək üçün güzgü qarşısında xüsusi təlimlər keçir. “Əgər fikir versəniz mən çəkdirdiyim şəkillərdə üzümü elə tuturam ki, burnumun kölgəsi üzümə düşməsin. Şəkil çəkdirərkən mən başımı bir qədər aşağı dikirəm”, - deyə Kardaşyan vurğulayıb.

Xatırladaq ki, eybəcər “erməni burnu”na baxmayaraq 30 yaşlı fotomodel Kim Kardaşyan bu yaxınlarda ərə gedəcək. O, ABŞın ”Nyu-Cersi Nets” klubunun basketbolçusu Kris Hamfrislə münasibətlərini bu yaxınlarda rəsmiləşdirəcək.

Qeyd edək ki, erməni qızları və kişilərinin əksəriyyəti eyni simptondan əziyyət çəkir.