Klintonun Qarabağ problemi ilə bağlı təklifi

klintonun-qarabag-problemi-ile-bagli-teklifi
Oxunma sayı: 638

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və ola bilməz”. “Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında belə deyib. O, bildirib ki, son hadisələrdən məyusluqla xəbər tutub və gənc əsgərlərin mənasız ölümündən narahatdır: “Güc tətbiqi məsələni həll etməyəcək. Ona görə də onun tətbiqi istisna edilməlidir”. Hillari Klinton tərəfləri güc tətbiqindən çəkinməyə çağırıb və bildirib ki, eyni çağırışı iyunun 6-da Bakıda da səsləndirəcək.

Dövlət katibinin fikrincə, kədərli hadisələr tərəfləri danışıqlar prosesindən çəkindirməməlidir. “Yekun həll yolu tapılmalıdır və bu məsələdə təkcə prezidentlərin yox, həm də iki ölkə əhalisinin rolu vacibdir”. Hillari Klinton deyib ki, bu, uzun yol olsa da, irəliləmək vacibdir. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, cəbhə xəttindəki insidentlərin ağır nəticələri ola bilər. “Münaqişə Helsinki aktının bütün prinsipləri əsasında və onlardan hər hansı birinə üstünlük verilmədən həll olunmalıdır. Prosesin davam etdirilməsi, tərəfləri maraqlarına uyğun həllin tapılması və güc tətbiqindən çəkinmək vacibdir”.