Köçəryan Sarkisyana sui-qəsd hazırlayıb

koceryan-sarkisyana-sui-qesd-hazirlayib
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bir çox erməni KİV-ləri bu istefaların hələ başlanğıc olduğunu bildirirlər. Yaxın günlərdə baş nazirin müavini, ərazi idarəsi naziri Armen Qevorkayanın da vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı şayiələr yayılıb. Məlumatlara görə onu İrəvanın keçmiş meri Qaqik Beqlaryan əvəz edəcək. “Jamanak” qəzetinə hakimiyyətə yaxın mənbələrdən daxil olan məlumata əsasən, Serj Sarkiyan ona qarşı sabiq prezident Robert Koçaryanın başçılığı ilə sui-qəsd hazırlanmasından xəbərdar olub. Sarkisyanın məhz bu səbəbdən öz sələfi, həmçinin “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx və Koçaryanın əlaltısı hesab edilən Qaqik Çarukyanla görüşü də bəhrəsini verməyib.

Koçaryan isə açıq şəkildə siyasətə gəlmək istədiyini bəyan edib. Bununla da müxalif yönlü qəzet Koçaryanın kadrları hesab olunun bütün yüksək vəzifəli məmurların istefasının və yerdəyişmələrin əsl səbəbinin aydınlaşdığını yazıb: “Bu yaxınlarda istefa verən spiker Ovik Abramyan Çarukyanın yaxın qohumudur, belə olan halda onun loyallığı prezidentdə inam yaratmayıb”.

Səidə