Kök polislər işdən azad olunacaq

kok-polisler-isden-azad-olunacaq
Oxunma sayı: 658

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, təlimata əsasən, Pəncab vilayətinin 175 min polisindən heç birinin beli 96,5 santimetrdən çox olmamalıdır. Göstərilən parametrlərə uyğun gəlməyən polislər isə işdən azad olunacaqlar. Müdriyyətin fikrincə, ağırçəkili və kilolardan əziyyət çəkən polislər xidmətdə də az effektlidirlər. Onlar situasiyaya operativ reaksiya verə bilməzlər. Bunun üçün polislərə bir ay vaxt verilib.

Pəncab vilayətinin hüquq müdafiə orqanlarının rəsmi nümayəndəsinin sözlərinə görə, əməkdaşlarının təxminən yarısı artıq çəkilidir.