Koreya naziri qəzada öldü

koreya-naziri-qezada-oldu
Oxunma sayı: 643

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qəzada həlak olanlar arasında ölkənin bir neçə yüksək vəzifəli məmurları da olub. Onların ölkənin uzaq adalarından birinə mərhum lider Kim Çen İrin 70 illiyi münasibətilə hədiyyələr apardığı deyilir. Ölkənin internet saytlarından birinin yaydığı xəbərə görə, hadisə Çin sərhədindən bir qədər aralıda yerləşən Sundo adasında fevralın 14-də baş verib.

Helikopterin eniş edərkən qayaya çırpılaraq qəza törətdiyi deyilir. Ekipaj üzvləri və çəkiliş qrupu xilas olmağı bacarsa da ticarət naziri və digər məmurlar həlak olublar.

Hazırda ölkədə mərhum liderin 70 illik yubileyi qeyd edildiyi üçün naziri dəfni təxirə salınıb.

Səidə