Kralın oğlu əl öpdürdü, ölkə qarışdı

kralin-oglu-el-opdurdu-olke-qarisdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, xalqın narazılığından sonra nazirlərin vəliəhdin əlini öpdürdüyü görüntülərin yayımı dövlət televiziyası tərəfindən qadağan olunub.

Krallıq rejiminin hökm sürdüyü Mərakeşdə 9 yaşlı vəliəhdin sonuncu dəfə Baş qərargah rəisinə əlini öpdürməsi isə etirazları daha da alovlandırıb. Dövlət televiziyasının yayımladığı bu görüntülər həm xalqın, həm də bir sıra ərəb ölkələrinin müzakirə obyektinə çevrilib.