Kuarejma “Beşiktaş”dan gedir

kuarejma-besiktasdan-gedir
Oxunma sayı: 993

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçu maddi sıxıntılarla əlaqədar olaraq klubu tərk etmək niyyətində olduğunu bildirib: “Türk futbolu böhrandadır. Təkcə “Beşiktaş”da yox, digər klublarda da məvacib ala bilməyən futbolçular var. Mən isə 4 aydır ki, əməkhaqqı almıram. Bu səbəbdən mövsümün sonunda komandamı dəyişəcəm. Artıq menecerimdən yeni klub tapmasını xahiş etmişəm”.

Bundan başqa, 28 yaşlı yarımmüdafiəçi oyun qrafiklərinin sıxlığından və hakimlərin qərəzli mövqeyindən də şikayətlənib.

Qeyd edək ki, 2010-cu ildə 7.3 milyon avro müqabilində “İnter”dən “Beşiktaş”a transfer olunan Kuarejmanın komanda ilə müqaviləsi 2013-cü ildə başa çatır.


Ceyhun Əhmədov