Küçədə Ləzginka oynamaq olmaz

<b>Küçədə Ləzginka oynamaq olmaz</b>
Oxunma sayı: 342

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Kadırov bildirib ki, gənclər metroda yaxud hansısa meydanda bu rəqsi ifa etməklə onun dəyərini aşağı salır və mahiyyətini təhrif edir. Bu isə onu göstərir ki, bu cavan insanlar öz mədəniyyətlərindən xəbərdar deyillər. Çeçen lider bunu hörmətsizlik hesab edərək bu cür diqqət çəkici hərəkətlərə yol verməmək lazım olduğu qeyd edib: “Bu bizim xalqımız haqqında mənfi fikirlərin yaramasına təsir edir. Atdığınız hər bir addımın nəticəsi haqqında düşünmək lazımdır. Xalqının və respublikanın qarşısındakı məsuliyyət bundan ibarətdir”.

Gənclərlə görüşündə çeçen lideri hazırda ölkədə Çeçen mentaliteti üçün yolverilməz hadisələrlə qarşı mübarizə aparıldığını deyib: “Biz çeçen cəmiyyəti üçün yolverilməz olan qan qisasını, qız qaçırmaq kimi təzahürləri aradan qaldırdıq. Biz əsrlərlə xalqımızın adətləri ilə yaşamışıq. Bu gün biz onları xatırlamalı və riayət etməliyik”.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi