Kürd deputatın arvadı ərinin xəyanətindən danışdı

kurd-deputatin-arvadi-erinin-xeyanetinden-danisdi
Oxunma sayı: 668

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, millət vəkilinin həyat yoldaşı İlknur Yıldız ərinin xəyanətini qəzetdən öyrənib. Hazırda uşaqları ilə birlikdə olduğunu və nə edəcəyini bilmədiyini deyən İlknur Yıldız həyat yoldaşının Bodrumda olamğından belə xəbərsiz imiş: “Onun Bodrumda, üstəgəl bir qadınla bərabər olduğunu bilmirdim. Yanındakı qadını ailə dostu kimi təqdim etsə də, mən onu tanımıram”.
Boşanma ilə bağlı sualları cavablandırarkən İlknur Yıldız bildirib ki, nə rəsmi nə də qeyir-rəsmi ayrılıq yoxdur: “Ayrılıq müzakirə mövzusu deyil. Çox fərqli hisslər yaşayıram, necə davranacağımı bilmirəm. Amma bu olayı da şişirdib, böyütmək istəmirəm. Uşaqlar olanda insan fərqli düşünməli olur. Oğlumun 7, qızımın isə 16 yaşı var, onları düşünmək məcburiyyətindəyəm”.

Fatimə