La-liqada ölməyən intriqa: Messi – Ronaldo

la-liqada-olmeyen-intriqa-messi-ronaldo
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 35 turdan sonra Messi və Ronaldonun hesabında 43 top var.
Cari turda “Barselona”nın futbolçusu Messi səfərdə “Rayo Valekano”nun qapısından 2 top keçirib. Ronaldo isə “Sevilya” ilə ev oyununda Madrid “Real”ının ilk qolunu vurub. Beləliklə, sona 3 tur qalmış bombardirlər hərəyə 43 top vurub. Lakin Messi penaltidən 6 dəfə, Ronaldo isə 11 dəfə fərqləndiyindən argentinalı birinci sıradadır.
Rəqiblər üçün növbəti 3 turun təqvimi belədir:

36-cı tur:
“Barselona” – “Malaqa”
“Atletik Bilbao” – “Real Madrid”

37-ci tur:
“Barselona” – “Espanyol”
“Qranada” – “Real Madrid”

38-ci tur:
“Betis” – “Barselona”
“Real Madrid” – “Malyorka”

Ceyhun Əhmədov