“Black Star” “28 Mall”da pulsuz burgerlər paylayacaq - Fotolar+Video

black-star-28-mallda-pulsuz-burgerler-paylayacaq
Oxunma sayı: 2581

Məşhur “Black Star Burger” restoranlar şəbəkəsi Bakıda – “28 Mall” Ticarət Mərkəzində növbəti filialını açır. 

“Qafqazinfo” xəbər verir ki, paytaxtımızda sayca artıq ikinci olan filialın açılışı bazar günü – 1 dekabr saat 13.00-da reallaşacaq.

Təntənəli açılışda “Black Star Burger” sevərləri bir sıra sürprizlər gözləyir. Açılışda populyar DJ-lərin təqdimatında şou-proqram, yarışmalar, hədiyyələr olacaq. Ən başlıcası isə açılışa gələnlərə çoxsaylı burgerlər paylanacaq. 

Qeyd edək ki, “Black Star Burger”in digər filialı paytaxtın Bülbül prospekti 21-də (Nizami kinoteatrı ilə üzbəüz) fəaliyyət göstərir.