“Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters xəbər yayıb. Xəbərdə qeyd olunur ki, bu barədə ABC News telekanalına istintaq işi ilə tanış olan mənbələr məlumat verib. Bundan əvvəl isə xəbər verilmişdi ki, İsveçrə prokurorluğu Yozef Blatter barədə istintaq aparmır.
Görünür, ABŞ FİFA ilə daha çox maraqlanır. Belə ki, bir çox keçmiş futbol fəalı ABŞ hakimiyyəti tərəfindən çirkli pullların yuyulması, fırıldaqçılıq və qəsb etmə ilə əlaqədar birgə fəaliyyət üzrə cinayət işi açılıb.
Ria Novosti xəbər verir ki, İnterpol Beynəlxalq futbol federasiyasının keçmiş vitse-prezidenti Cek Uornerə və Cənubi Amerika futbol konfederasiyasının prezidenti Nikolas Leosa qarşı axtarış elan edib.
Qeyd edək ki, keçən həftə FİFA-nın yüksək vəzifəli məmurları korrupsiyada ittiham olunaraq Sürixdə həbs olunub. İttihamçılar FİFA təşkilatında son 20 ildə dünya çempionatına ərizə, marketinq və yayım təklifləri üzərində yüksək məbləğdə korrupsiya hallarının olduğunu iddia edirlər. /anspresss/
Son xəbərlər
Son Xəbərlər