Lavrovun Cənubi Qafqaz səfərinin detalları

lavrovun-cenubi-qafqaz-seferinin-detallari-
Oxunma sayı: 647

Rusiya XİN Serqey Lavrov aprelin 2-3-də Ermənistan və Azərbaycanda rəsmi səfərdə olacaq. “Qafqazinfo”nun məlumatına görə, səfərin məqsədi Rusiyanın hər iki ölkə ilə diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunub. İrəvan və Bakıda keçiriləcək danışıqlarda Dağlıq Qarabağ problemi ətrafında ətraflı fikir mübadiləsi aparılacaq. Lavrovun eyni zamanda, Qırğızıstana da diplomatik əlaqələrin qurulmasının 20 illiyi şərəfinə səfər edəcəyi gözlənilir. Nazir Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB-nin XİN-likləri Şurasının toplantısında iştirak edəcək.

Bu gün Ermənistana reallaşacaq səfər zamanı Lavrov xarici işlər naziri Edvard Nalbadyan, prezident Serj Sarkisyan, baş nazir Tiqran Sarkisyanla və Milli Məclis sədri Samvel Nikoyanla görüşü planlaşdırılır.

Gündəlikdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, başlıcası isə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin car ilin yanvarın 23-də Soçidə keçirdikləri görüşün nəticələri müzakirə olunacaq.

Daha sonra Lavrov Azərbaycanda səfərdə olacaq. O, prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclis sədri Oktay Əsədovla görüşəcək. Onun Elmar Məmmədyarovla görüşü zamanı aktual regional və beynəlxalq problemlərin müzakirəsi gözlənilir.

Rusiya XİN-nin məlumatına əsasən, tərəflər Xəzər probleminə, həmiçinin Xəzərin statusunu müəyyənləşdirəcək konvensiyanın hazırlığı məsələsinə, sahilboyu ölkələrin iqtisadi əməkdaşlığının inkişafı üçün əlverişli şəraitin yaradılmasına baxılacaq.

Səidə