Lənkərana 4 milyon manat ayrıldı

lenkerana-4-milyon-manat-ayrildi
Oxunma sayı: 644

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 4 milyon manatı Lənkəran Rayon İcra Hakimiyyətinə ayrılıb.

Sərəncama əsasən Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.