Lənkəranın 10 kəndi işıqsız qalıb

lenkeranin-10-kendi-isiqsiz-qalib
Oxunma sayı: 649

ANS-in cənub bürosunun məlumatına görə, baş verən fəsadların aradan qaldırılması istiqamətində bu gün Rayon Fövqəladə Hallar Komissiyasının təcili iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ vətəndaşlara dəyən ziyanın hesablanması və rayonda yaranan fəsadların aradan qaldırılması olub. Ən əsas məsələ isə 10 rayona elektrik enerjisi verililişini tez bir zamanda bərpa etməkdir. Elektrik Paylayıcı Şəbəkənin rəhbəri Məzahir Yunisov bildirib ki, enerjinin kəsilməsinə səbəb 6 transformatr, bir neçə metr naqil, sovet dövründən qalma dirəklərin və çürümüş yaşlı ağacların qırılması olub.

Eyni vəziyyət Astara rayonunda da hökm sürməkdədir. Cavabdeh şəxslər enerji verilişinin günün ikinci yarısında bərba ediləcəyini bildirir.