Lerikə bir metrədək qar yağdı

lerike-bir-metredek-qar-yagdi
Oxunma sayı: 659

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lerik rayon hidrometeoroloji stansiyasından verilən məlumata görə, qarın qalınlığı rayon mərkəzində 40-45 sm, ucqar yaşayış məntəqələrində isə 80 sm-1 m-ə çatıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək ilin bu vaxtlarında bu cür sərt hava şəraiti müşahidə olunmayıb. Yağan qar nəticəsində rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilib, kəndlərarası yollarda nəqliyyatın hərəkəti iflic olub. Lənkəran-Lerik şosesi isə işlək vəziyyətdədir.

Lerik rayon hidrometeoroloji stansiyasından rayonda qarlı hava şəraitinin martının 18-ə kimi davam edəcəyi bildirilib.

lent.az