“Bline” internet provayderi “SmartPay”ə qoşuldu

bline-internet-provayderi-smartpaye-qosuldu
Oxunma sayı: 928

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə daha bir internet provayderi əlavə olunub.

"Qafqazinfo" xəbər verir ki, bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə “Bline” internet provayderi də qoşuldu.

Artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internet provayderlər” bölməsini, daha sonra “Bline”  seçib abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Məlumat üçün bildirək ki, AZCLOUD bulud xidmətləri nəzdində təqdim olunan  “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.

Elektron ödənişlər üçün isə smartpay.az saytından istifadə etmək olar. Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri “Play Store”da “SmartPay Wallet” yazıb axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.

“SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və s. kimi xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, “SmartPay” ödəmə sisteminin İT infrastrukturunun AZCLOUD əlçatanlıq zonasında olması məlumat mübadiləsini istər mobil, istərsə də digər cihazlar vasitəsilə təhlükəsiz və sürətli şəkildə təqdim etməsinə imkan verir.