Blinken ABŞ-ın yeni dövlət katibi oldu

blinken-abs-in-yeni-dovlet-katibi-oldu
Oxunma sayı: 1394

ABŞ-ın yeni dövlət katibi məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu posta ABŞ Senatının səsverməsində prezident Co Bayden tərəfindən namizəd göstərilən Entoni Blinkenin namizədliyi 78 səslə təsdiqlənib. 22 nəfər isə onun namizədliyinin əleyhinə səs verib. Yaxın vaxtlarda Blinken and içəcək. 

Qeyd edək ki, 58 yaşlı Blinken Barak Obama dövründə həm Ağ Evdə, həm Dövlət Departamentində, eləcə də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində mühüm vəzifələrdə çalışıb.