Blinken ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşündən danışdı

blinken-abs-ve-rusiya-prezidentlerinin-gozlenilen-gorusunden-danisdi
Oxunma sayı: 1080

"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden yaxın vaxtlarda danışıqlar aparacaqlar".

“Qafqazinfo” “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra deyib.

“Xarici işlər naziri Lavrovla mən müxtəlif mövzularda səmimi söhbət etdik. Nəticələri yaxın gələcəkdə birbaşa danışmaq imkanı əldə edəcək prezidentlərimizə bildirməyə razılaşdıq”, - deyə Blinken bildirib.
“The Washington Post”un yazdığına görə, siyasətçilər arasında danışıqlar dekabrda virtual formatda baş tuta bilər.