Blinken Çavuşoğlu ilə danışdı

blinken-cavusoglu-ile-danisdi
Oxunma sayı: 1403

"Türkiyə xarici işlər naziri ilə bu gün dağıdıcı zəlzələlər haqqında mühüm telefon danışığı oldu. Türkiyə və Suriyaya yardım üçün əlimizdən gələn hər şeyi etmək üçün fəaliyyətimizi Türkiyə ilə koordinasiya edəcəyik".

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında paylaşım edib.

 O bildirib ki, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb.