Blinken Kiyevdə - Yenilənib

blinken-kiyevde
Oxunma sayı: 2798

ABŞ dövlət katibi Entoni Blinken yaxın vaxtlarda Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” jurnalı mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, səfər bu həftə baş tutacaq, lakin tarix dəqiqləşdirilməyib. 

***

Entoni Blinken Kiyevdə səfərdədir.

“Reuters”in məlumatına görə, səfər zamanı Vaşinqtondan Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.

Bildirilib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkrütbəli amerikalı məmurun ilk səfəridir.