Blinken koronavirusa yoluxdu

blinken-koronavirusa-yoluxdu
Oxunma sayı: 1069

ABŞ dövlət katibi Entoni Blinken koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.  

"Dövlət katibi Entoni Blinkenin PCR testi müsbət çıxıb. Dövlət katibi tam peyvənd olunub, o, virusa qarşı gücləndirici peyvənd alıb və xəstəliyin yalnız yüngül simptomları var", - Dövlət Departamentinin mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edilib ki, dövlət katibinin son bir neçə gün ərzində ABŞ prezidenti Co Baydenlə heç bir təması olmayıb. Həkimlərin tövsiyələrinə uyğun olaraq, Blinken məsafədən işləməyə davam edəcək.