Blinken Kremlə hücumla bağlı əlində fakt olmadığını deyib

blinken-kremle-hucumla-bagli-elinde-fakt-olmadigini-deyib
Oxunma sayı: 2259

ABŞ dövlət katibi Entoni Blinken Kremlə dron hücumu edilməsi ilə bağlı əlində fakt olmadığını deyib. 

“Qafqazinfo” xarici KİV-ə  istinadən xəbər verir ki, Blinken Kremldən gələn bütün açıqlamalara şübhə ilə yanaşdığını vurğulayıb:

“Biz faktları əldə etdikdən sonra onların nə olduğuna baxacağıq. Fərziyələr irəli sürmək çətindir”, - deyə Blinken bildirib.

Qeyd edək ki, Kremlə PUA-larla zərbə endirilməyə cəhd edilib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.