Blinken Lavrovla görüşdən imtina etdi

blinken-lavrovla-gorusden-imtina-etdi
Oxunma sayı: 2101

ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Blinken Vaşinqtonda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında açıqlayıb.

“Hazırda bu görüşü keçirməyin mənası yoxdur. Mən müttəfiqlərlə və tərəfdaşlarla məsləhətləşdim. Hamı bununla razılaşdı və bu gün (22 fevral) Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayaraq bu barədə məlumatlandırdım”, - deyə Blinken söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl Blinken Lavrova danışıqlar aparmaq üçün görüşməyi təklif etdmişdi. Qarşı tərəf isə Blinkenlə görüşünün fevralın 24-də Cenevrədə planlaşdırıldığını bildirmişdi.