ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailin Xarici Kəşfiyyat Xidmətinin (“Mossad”) rəhbəri Yosi Koenlə görüşüb, görüş zamanı İsrail tərəfi İranın nüvə sahəsindəki fəaliyyətindən dərin narahatlığını ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəsinə istinadən bildirir.
Agentliyin məlumatına görə, görüş Vaşinqtonda keçirilib, yəhudi dövlətinin səfiri də orada iştirak edib.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinq zamanı bu faktı nə təsdiqləyib, nə də təkzib edib. “Mən belə görüşləri təsdiq edə və ya bu barədə məlumat verə bilmərəm. Deyə bilərəm ki, ABŞ və İsrail sıx təmasdadırlar”, - o deyib.
Son xəbərlər
Son Xəbərlər