Blinken Rusiyanın baş tutmayan üç hədəfini açqıladı

blinken-rusiyanin-bas-tutmayan-uc-hedefini-acqiladi
Oxunma sayı: 2698

“Rusiya Ukraynanı işğal etməkdə qarşısına qoyduğu məqsədləri tamamilə iflasa uğratdı, strateji uğursuzluğa düçar oldu və ola bilsin ki, hətta məğlubiyyətə uğrayacaq”.

“Qafqazinfo” unian.net-ə isitnadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etmək; onun suverenliyini və müstəqilliyini təkzib etmək; Rusiyanın gücünü təsdiqləmək; Qərbi parçalamaq, ittifaqı parçalamaq. Ancaq hər üç cəbhədə uğursuzluğa düçar oldu”, - Blinken bildirib.

Onun sözlərinə görə, Ukrayna indi daha da birləşib. O əlavə edib ki, Rusiyanın qüdrəti xeyli azalıb və onların ordusu xeyli geriləyib:

"Onların iqtisadiyyatı axsamağa başlayıb. Təbii ki, NATO və Qərb heç vaxt olmadığı qədər birləşib. Ona görə də, təkcə bu əsasda biz artıq Rusiya üçün dramatik geriləmənin şahidi oluruq", - Blinken bildirib.