“ABŞ Rusiyadakı diplomatik missiyalara qoyulan məhdudiyyətlərə rəğmən, Moskva ilə proqnozlaşdırılabilən və sabit əlaqələri inkişaf etdirmək niyyətindədir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Baş katibi Entoni Blinkenin yaydığı açıqlamada deyilir.
“Rusiya hökumətinin bizi xidmət və əməliyyatlarımızı məhdudlaşdırmağa məcbur edən hərəkətlərinə görə məyus olsaq da, ABŞ Rusiya ilə proqnozlaşdırılabilən və sabit əlaqələr axtarışında olmağa davam edəcək.
Rusiya vətəndaşlarının məşğulluğuna tətbiq olunan məhdudiyyətlər səbəbindən Moskva, Vladivostok və Yekaterinburqdakı diplomatik missiyaların 182 əməkdaşını işdən çıxarmağa məcbur olduq”, - Blinken qeyd edib.
Son xəbərlər
Son Xəbərlər